Bakıda internat məktəbində müəllim azyaşlını rezin dəyənəklə döyüb
Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində azyaşlının döyülməsi barədə xəbər yayılıb. Fiziki zorakılığa məruz qalmış 7 yaşlı Mahirin şəkli də saytlarda yerləşdirilib. Uşağı məktəbdə müəllimin rezin dəyənəklə döydüyü iddia edilir. Onun başından zərbələr endirilib. Azyaşlının döyülməsinə səbəb isə nadinc olmasıdır. Məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA TV-yə deyib ki, nazirlik məsələdən xəbardardır. Həmin məktəbin direktoru ilə söhbət aparılır. Daxili İşlər Nazirliyindən də məsələnin araşdırıldığını deyiblər. Hər iki qurum araşdırmadan sonra ətraflı məlumat veriləcəyini açıqlayıb.
Bu barədə ilk məlumatı "Bizim yol" yayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub