Tovuzda 3 evə ildırım düşdü, azyaşlı yaralandı
Tovuzda yağışla müşahidə olunan güclü şimşək çaxmaları nəticəsində 3 evi ildırım vurub. Qovlar şəhər İcra Nümayəndəsi Oruc Binnətovun APA TV-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsi, dalan-1 ünvanında baş verib. Şəhər sakini, Aygün Rəhimovaya məxsus evə düşən ildırım evin elektrik sayğacını sıradan çıxardıb və naqilləri əridib. Bundan başqa, ev əşyalarından televizor, soyuducu tamamilə yararsız hala düşüb. İldırım düşməsi nəticəsində Aygün Rəhimovanın qonşusu - Həmidə Əsgərovanın da evinə ziyan dəyib. Alakol kənd sakini 14 yaşlı Arzuman Hüseynov qolundan yanıq xəsarətləri alıb. İlk tibbi yardım alan azyaşlının vəziyyətinin normal olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
14:29
244
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
324
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
900
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
995
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1780
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1430