Bakıda 4 avtomobil toqquşdu
Bakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Şərifzadə küçəsində dörd avtomobil toqquşub.
APA TV-nin xəbərinə görə, qəzaya kabel televiziyalarından birinə məxsus "VAZ 2104" markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Nəticədə hərəkətdə olan "Hyundai" markalı maşın "VAZ 2104"-lə toqquşub. Bundan sonra "Hyundai"nin sürücüsü idarəetməni itirib və avtomobil yol kənarında dayanmış "Volkswagen" markalı maşına çırpılıb, o isə qarşısında dayanan "Mercedes" markalı mikroavtobusa dəyib.
Qəza zamanı daha çox ziyan görən "Volkswagen" markalı avtomobilin içərisində adamlar olsa da, onlardan heç biri xəsarət almayıb. Toqquşan digər maşınların sürücüləri arasında da xəsarət alan yoxdur.
Faktla bağlı Yasamal rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub