Zəfər günündə Laçınlı ailənin qonağı olduq: “Zəfər bayramımız mübarək olsun!”
Gündüz Təhməzov 22 yaşında doğma Laçını tərk etmək məcburiyyətində qalmışdı. O deyir ki, bu gün öz doğa ata yurduna qayıtmağı onun üçün baş ucalığıdır. Müsahibimiz uzun illərin həsrətindən sonra həyat yoldaşı, uşaqları və anası ilə birlikdə ata evinin çırağını yandırıb. Gələn gündən özü də, həyat yoldaşı da burada işlə təmin olunub. Gündüz Təhməzovun həyat yoldaşı Arifə xanım Laçında müəllim işləyir. Onlar öz ocaqlarından ağlaya-ağlaya getmişdilər. Ömrünün böyük bir hissəsinə doğma yurd həsrəti sığdırmış olan ailənin böyüyü, Gündüzün anası İpək Təhməzova deyir ki, evinə, ocağına böyük bir həyəcanla qayıdıb. Qeyd edək ki, indiyə kimi Laçın şəhərində 315 ailə, yəni 1205 nəfərin daimi məskunlaşması təmin edilib.
Emin Babayev, Fəzail Səfərov, APA TV
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
77 nömrəli avtobusda baş verənlərə aydınlıq gətirildi: “Hadisə araşdırılıb”