Saatlıda 8 məktəbli və 1 müəllim avtobusda qazdan zəhərləndi
Saatlıda 8 məktəbli və 1 müəllim avtobusda qazdan zəhərləndi - APA TV Saatlıda 8 məktəbli və 1 müəllim mikroavtobusda dəm qazından zəhərlənib. Hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda qaz sızması baş verib. Şagirdlərin yaxınları bildirir ki, Qaranuru kəndində orta məktəb təmirə dayandığından məktəblilər qonşu kənd olan Fətəlikənd kənd orta məktəbinə xüsusi olaraq onlar üçün ayrılmış avtobuslarla dərsə gedirlərmiş. TƏBİB-dən bildirilib ki, Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Əlibəy Zeynallı Elçin Həsənov
OXŞAR XƏBƏRLƏR
11:01
19829
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
15:59
18751
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
15:23
17380
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
14:31
16847
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
14:12
16247
77 nömrəli avtobusda baş verənlərə aydınlıq gətirildi: “Hadisə araşdırılıb”
11:22
15929