Qəbələlilərin təndirdə bişən bu yeməyi bayram süfrələrinin bəzəyi sayılır
Qəbələnin və eləcə də Qəmərvan kəndinin bir çox özünəməxsus yeməkləri var. Yəqin bu bölgədə qoz və fındığın çox olmasının nəticəsidir ki, ən dadlı və özünəməxsus yeməklərin içində mütləq ya qoz, ya da fındıqdan istifadə edilir. Belə yeməklərdən biri də “hiduşka fırlaması” adlanır. Hinduşka fırlaması adətən bayramlarda, əlamətdar günlərdə süfrələrin bəzəyinə çevrilir. Yeməyi hazırlamaq üçün bizə hinduşka, qoz, qırmızı soğan, nar və ya əzgil turşusu, zövqə görə duz və istiot lazımdır. Qoz, qırmızı soğan və turşu bizə içliyin hazırlanması üçün lazım olur. Duzdan isə həm içliyin, həm də hinduşkanın duzlanması üçün istifadə edəcəyik. İçliyimiz hazır olduqdan sonra bu qarışımı hinduşkanın içinə doldurub, dağılmaması üçün tikirik. Bu yemək əsasən təndirdə hazırlanır. Bu yeməyin dadına baxmaq üçün hamı Qəmərvan kəndinə üz tutur. İlham Əhmədov, Taleh İbrahimov, APA TV
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
77 nömrəli avtobusda baş verənlərə aydınlıq gətirildi: “Hadisə araşdırılıb”