Qəbələdə alça ağacı noyabrda bar verdi
Qeyri-adi təbiət hadisəsi rayonun Seyidqışlaq kəndində qeydə alınıb. Kənd sakini Nəriman Məmmədovun bağında yetişən ağacdan 2-3 kq-a yaxın meyvə toplanıb. Bağ sahibi deyir ki, yayın sonlarında bağındakı ağaclardan birinin çiçəklədiyini görüb, amma həmin ağacın bar verəcəyinə inanmayıb. Bağ sahibi bildirir ki, ağac may alçasıdır. Payızın son günlərində yetişən alçanın dadı bir az fərli olsa da, görünüşü yaz alçasından heç də fərqlənmir. Payızın sonlarında yetişən bu alçalar isə ən çox uşaqların sevincinə səbəb olub. Mütəxəssislər isə bu hadisəni havanın anomal keçməsi və iqlim dəyişikləri ilə əlaqələndirirlər.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV
OXŞAR XƏBƏRLƏR
11:01
19824
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
15:59
18746
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
15:23
17375
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
14:31
16842
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
14:12
16242
77 nömrəli avtobusda baş verənlərə aydınlıq gətirildi: “Hadisə araşdırılıb”
11:22
15924