Lənkəran xanının vəzirinin tikdirdiyi evdə - Saxladıqları qulluqçu görün nə edirmiş?
III əsrə şahidlik edən bu ev Astara rayonunun Pensər kəndindədir. İndiki görünüşündən ötəri bura vəzir evi demək olmasa da bu ev, 1836 - cı ildə Talış xanı Mir Mustafa xanın baş vəziri vəzifəsində çalışmış Mirzə Xudaverdibəyoğlu tərəfindən inşa edilib. Qarabağ elatının Zərgər tayfasından olan ailə, XVII əsrin axırları, XVIII əsrin əvvəllərində Qarabağdan Talışa köçüb. Əvvəl Masallının Qızılavar kəndində məskunlaşıblar. Sonra ordan Astaranın Bütəsər kəndinə, indiki Pensər kəndinə köçüb, hazırkı bu həyətdə məskunlaşıblar. Mükəmməl savada malik olan Mirzə Xudaverdibəyoğlu 30 il müddətində Mir Mustafa xanın baş vəziri vəzifəsində çalışır və bu evi tikdirir. Onun oğlu Mirzə Əhməd də dövrünün tanınmış ziyalısı olub və sarayda təhsil alıb, sarayda da yaşayıb. O, Əlyazmalar İnstitutunda qorunub saxlanılan “Əxbərnamə” əsərinin müəllifidir. O, bir müddət bu evdə də yaşayıb. Mirzə Əhmədin bir zamanlar yaşadığı bu ev indi qəzalı vəziyyətdədir. Evin 82 yaşlı gəlini deyir ki, ev daha qədimdir. Üzərində 1836 yazılan qulp isə sonradan qoyulub. Bu illər ərzində cəmi bir dəfə o da məcburiyyətdən evin damı dəyişilib. Qeyd edək ki, hazırda evdə 8 nəfərlik ailə yaşayır və evdə körpə uşaqlar var. Ev sahiblərinin sözlərinə görə, yaxın vaxtlarda tarixi tikilidə hər hansı bir iş görülməsə, evi sökmək məcburiyyətində qalacaqlar.
İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
77 nömrəli avtobusda baş verənlərə aydınlıq gətirildi: “Hadisə araşdırılıb”