Heydər Əliyevin 100 illiyinə həsr olunmuş voleybol çempionatına yekun vurulub
16-20 oktyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə klubun arenasında Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş voleybol üzrə çempionat keçirilib. Çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 15 komandadan 140-a yaxın əməkdaş iştirak edib. Yarışı FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev və yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər. Qalib komandaları təbrik edən polkovnik Füzuli Musayev Ulu Öndərin həyat yoluna tarixi-xronoloji nəzər salaraq bildirib ki, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyevin adı ilə sarsılmaz tellərlə bağlıdır. Füzuli Musayev, həmçinin ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən, eyni zamanda FHN əməkdaşlarının idman uğurlarından danışıb. Finalda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandasına qalib gələrək birinciliyi əldə ediblər. Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonda isə qaliblərə kubok, diplom və medallar təqdim olunub.
LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI APA YV
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
77 nömrəli avtobusda baş verənlərə aydınlıq gətirildi: “Hadisə araşdırılıb”