Binəli Yıldırım: “Ermənistan Ağrı dağını gerbindən çıxarmalıdır”
Binəli Yıldırım: “Ermənistan Ağrı dağını gerbindən çıxarmalıdır” – APA TV Forumda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Rusiya-Ukrayna savaşı haqqında danışıb. Bu mərhələnin artıq 3-cü ilə keçdiyini qeyd edib. O, İsrail-Həmas savaşından narahat olduğunu bildirib. Binəli Yıldırım Zəngəzur dəhlizi barədə də fikirlərini bölüşüb. Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın fikrincə, bu forum bir sıra suallara cavab tapa bilmək üçün olduqca əhəmiyyətlidir. Həmsədr həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsini də vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, həmin tədbir çərçivəsində müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarlar, müxtəlif ideya və təkliflər gələcək mühüm hadisələrə töhfə vermək üçün faydalı olacaq.
Aygün Carçıyeva, Rasim Bəhrami, APA TV
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
77 nömrəli avtobusda baş verənlərə aydınlıq gətirildi: “Hadisə araşdırılıb”