Avtomobil motosikletə çırpıldı, motosiklet parçalandı
Cəlilabadda yol–nəqliyyat hadisəsi baş verib. Hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan "Prado" markalı nəqliyyat vasitəsi, Cəlilabad rayon sakini 35 yaşlı Seyran İmanovun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosiklet hissələrə bölünüb. Sürücü Seyran İmanov ağır bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.
Ilkin Rzayev Rövşən Almazoğlu APA TV Cəlilabad
OXŞAR XƏBƏRLƏR
11:01
19821
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
15:59
18744
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
15:23
17373
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
14:31
16840
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
14:12
16241
77 nömrəli avtobusda baş verənlərə aydınlıq gətirildi: “Hadisə araşdırılıb”
11:22
15923