Ağdamda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anıldı
Ağdamda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Anım mərasimində rayon rəsmiləri, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib. Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, ruhuna ehtiram ifadə olunub. Qeyd edək ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin abidəsi önünə insanların axını davam edir. Emin Babayev Fəzail Səfərov Ağdam
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunun “sovetdənqalma qatarlar”ı yenisi ilə əvəzlənməyəcək? – “65 yeni vaqon alınacaq”
Bakıda borca görə düşən mübahisədə söyüş də söyüldü və qan çıxdı
Telefonlardakı şəxsi görüntü və bank hesablarınız ələ keçirilə bilər
ABŞ-dəki seçkilər dünya və Azərbaycana necə təsir edəcək?
77 nömrəli avtobusda baş verənlərə aydınlıq gətirildi: “Hadisə araşdırılıb”