20:40 30 Sentyabr 2019 20
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 30.09.2019

1) Tarixin bu günü dünya ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələrindən biri, dahi şərq filosofu Cəlaləddin Rumi 1207-ci ildə Əfqanıstanın Bəlx şəhərində anadan olub.

2) Azərbaycan aktyoru, rejissor, ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi Lətif Səfərov 1920-ci ildə Şuşada anadan olub.

3) Bu gün görkəmli Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi, Musiqili Komediya Teatrının banilərindən olmuş Zülfüqar Hacıbəyov 1950-ci ildə vəfat edib.

4) 1991-ci ildə Azərbaycanın tanınmış xanəndəsi Səxavət Məmmədov avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

5) 1139-cu ildə baş vermiş güclü zəlzələ həmin dövrdə Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncədə böyük dağıntılar törədib.

6) Bu gün məşhur aktrisa Monika Belluççi 1964-cü ildə İtaliyanın Umbria əyalətinin Città di Castello şəhərində anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın