12:00 30 Aprel 2020 232
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 30.04.2020

AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASINDA TERROR

(2009)

1. Keçmiş Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilmiş faciənin ildönümüdür. 2009-cu il aprelin 30-da saat 9:30 radələrində Akademiyanın Bakı şəhəri Dilarə Əliyeva küçəsində “Qaz Neft Mədən” və “Neft mexanikası” fakültələrinin yerləşdiyi ikinci korpusuna daxil olan 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Əsəd oğlu Qədirov birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər həlak olub, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gülləyə tuş gələnlər ADNA-nın müəllim və tələbələri olublar. Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktını törətmiş Fərda Qədirov Ermənistan xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib.

ƏLƏKBƏR BƏY NƏZƏRLİ

(1882-1951)

2. Azərbaycanın ilk qarmon ifaçısı, xeyriyyəçi Ələkbər bəy Cavad oğlu Nəzərli‎ 1882-ci il aprelin bu günü Xızıda dünyaya gəlib. Üzeyir Hacıbəylininşəxsi dəvəti iləAzərbaycan Dövlət Opera və Balet Teatrında“Koroğlu” operasının premyerasının ilk müşayiətçisi olub. Bakıdailk dəfə "Məclisi-üns" muğam-musiqi xeyriyyə məclisinin ilk yaradıcısı olub, su olmayan rayonda yaşadığı şəxsi mülkünə ilk olaraq su və qaz xətti çəkdirib, "İsa bulağı" adlı mülkündə ehtiyat su anbarı inşa etdirib. Dağlı məhəlləsivə ətraf rayonların sakinlərini su ilə təmin olunmasına külli miqdarda vəsait xərcləyib. Azərbaycanınilk qarmon ifaçısı kimi dünyanın ən nadir qarmon alətlərini kolleksiyasında toplayıb. "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və arvad" və başqa tamaşaların da müşayiətçisiolub. Ələkbər bəy Nəzərli13 noyabr1951-ci ildə dünyasını dəyişib vəYasamalqəbiristanlığında dəfn olunub.

ƏDHƏM ŞIXƏLİBƏYLİ

(1911-1996)

3. Geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Ədhəm Şahlarbəy oğlu Şıxəlibəyli 1911-ci il aprelin 30-da Şamaxıqəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olub. 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirib.1954-cü ildən Azərbaycan EA Geologiya (indiki Geologiya və Geofizika) İnstitutunda işləyib, Yer haqqında Elmlər Böl­məsi­nin aka­demik-katibinin müavini olub. Uzun illər institutun Geotek­toni­ka, strati­qrafiya və litologiya şöbəsinə, Əlcəzairdə neft-qaz yataqla­rının axtarışını aparan sovet geoloqlar qrupuna başçılıq edib. 1992-ci ildən ömrünün sonuna qədər isə Azərbaycan Geoloqları­nın Milli Komitəsinin prezidenti olub. 250-dən çox elmi əsərin, 15 monoqrafiyanın müəllifi, Azərbaycan, Qafqaz və Avropanın geoloji-tektonik xəritələrinin həmmüəllifi olan ƏdhəmŞıxəlibəyli 1996-cı ildə Bakıda vəfat edib.

RAMİZ QULİYEV

(1947)

4. Azərbaycanın xalq artisti, tarzən Ramiz Əyyub oğlu Quliyev 1947-ci il aprelin 30-da Ağdamdaanadan olub. 1954-cü ildəAğdamşəhər 7 illik musiqi məktəbinə,1960-cı ildəÜzeyir Hacıbəyovadına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Üzeyir Hacıbəyov adınaAzərbaycan Dövlət Konservatoriyasındatar və dirijorluq ixtisasları üzrə təhsil alıb. Pionerlər Evindətarixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyevadına Ağdam Dram Teatrında musiqi hissə müdiri olub. Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrəmüəllim, baş müəllim,dosent,professorkimi pedaqoji fəaliyyət göstərib, həmin kafedraya rəhbərlik edib,Azərbaycan Dövlət Filarmoniyasınınvə Dövlət Konsert Birliyinin solisti olub."Humay" milli mükafatı, Azərbaycanın Dövlət Mükafatı, "Şərəf" və "Şöhrət" ordenlərinə layiq görülən Ramiz Quliyev dirijorƏyyub Quliyevinatasıdır.

ƏNVƏR SADIQOV

(1966)

5. Azərbaycanın xalq artisti, qarmonifaçısı Ənvər Hidayət oğlu Sadıqov 1966-cı il aprelin bu günü Bakıda anadan olub. 1983-cü ildə 254 nömrəli orta məktəbi bitirib.H.Z.Tağıyev adına toxuculuq kombinatının klubunda qarmon dərnəyinin rəhbəri olub, Azərbaycan Dövlət Mahnı Teatrında işləyib, 1994-cü ildən isə xalq artisti Brilyant Dadaşovanın ansamblında çalışıb. 2006-cı ildə "Humay" milli mükafatına layiq görülən Ənvər Sadıqov hazırda solisti Abbas Bağırov olan "Qaytağı" instrumental ansamblının bədii rəhbəridir.

İLYAS ABDULLAYEV

(1913-1985)

6. Azərbaycanda tutçuluq elminin banisi, görkəmli genetik, seleksiyaçı, morfoloq, sistematik, aqrokimyaçı, pedaqoq,bacarıqlı təşkilatçı, ictimai və dövlət xadimi, akademik İlyas Kərim oğlu Abdullayevin xatirə günüdür. O, 23 mart 1913-cü ildə Ağstafa şəhərində dəmiryolçu ailəsində anadan olub. Ağstafa beşillik dəmiryolu məktəbində, Zaqatala kənd təsərrüfatı texnikumunda,Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb. Müxtəlif illərdə laborant, elmi işçi, müdir, direktor, müdir müavini, Azərbaycan SSR-in kənd təsərrüfatı naziri, Nazirlər Soveti sədrinin birinci müavini və Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb. Kənd təsərrüfatı sahəsinə dair bir neçə kitabın müəllifidir. "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordeni və medallarla təltif edilən İlyas Abdullayev 1985-ci ilin aprelində Bakıda vəfat edib.

ƏMİNƏ DİLBAZİ

(1919-2010)

7. Bu gün Azərbaycanın xalq artisti, rəqqasə, baletmeyster və pedaqoq, milli rəqslərin ustası və səhnə quruluşçusu Əminə Paşa qızı Dilbazinin anım günüdür. O, 26 dekabr 1919-cu ildəQazaxdaanadan olub. İlk təhsilini Bakıdakı 132 saylı məktəbin rus bölməsində alıb. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan rəqqasə ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib.1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq,Üzeyir Hacıbəyovunbəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. Əminə Dilbazi2010-cu ilaprelin 30-daBakışəhərində vəfat edib. O, məşhur bəstəkar, Azərbaycanınxalq artistiCövdət Hacıyevin həyat yoldaşı, şairəMirvarid Dilbazinin bacısı,bəstəkar-dirijor İsmayıl Hacıyevinanasıdır.

RAMİZ QƏMBƏROV

(1962-1992)

8. Azərbaycanın Milli Qəhrəmanı Qəmbərov Ramiz Bulud oğlunun xatirə günüdür. O, 2 iyul 1962-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 1979-cu ildə burada orta məktəbi bitirib, 1980-ci ildə hərbi xidmətə çağırılıb. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, amma 1988-ci ildən xalq hərəkatına qoşulduğu üçün təhsilini başa çatdıra bilməyib. 1992-ci ildə yaratdığı könüllü özünümüdafiə batalyonu Şuşa şəhərinin,Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub. Ramiz Qəmbərov erməni işğalçılarının Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücumunun qarşısını alarkən 30 aprel1992-ci ildə həlak olub və Şuşa şəhərində dəfn edilib.

İNTİQAM CAMALƏDDİNOV

(1971-1994)

9. Şəhid İntiqam Həsən oğlu Camaləddinovun xatirə günüdür. O, 5 sentyabr 1971-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Səkkizinci sinfə qədər Muxas kənd orta məktəbində oxuyub, 1985-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi təhsilini Bakı Ali Hərbi Birləşmiş Komandanlığı Məktəbində bitirib.İlk olaraq təyinatla Güzdək qəsəbəsindəki hərbi hissəyə avtomobil xidmət rəisi vəzifəsinə təyin olunub, daha sonra Qarabağ uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. 1994-cü il aprelin 25-də Tərtər rayonunun Qapanlı kəndi istiqamətində gedən döyüşdə ağır yaralanıb və aprelin 30-da şəhid olub, doğulduğu kənddə dəfn olunub. İntiqam Camaləddinov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın