14:40 29 Oktyabr 2019 66
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 29.10.2019

1) 1993-cü il oktyabrın 29-da Azərbaycanın Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

2) 1991-ci il oktyabrın 29-da Azərbaycana məxsus An-2 təyyarəsi erməni silahlıları tərəfindən vurulub.

3) 1923-cü ilin bu günü Türkiyə Böyük Millət Məclisi üzvlərinin alqışları və "Yaşasın Cümhuriyyət!" səsləri ilə Türkiyə Cümhuriyyəti elan edilib.

4) Azərbaycanın xalq artisti, Dövlət Mükafatı və "Şöhrət" ordeni laureatı, Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayev 1937-ci il oktyabrın 29-da doğulub.

5) Azərbaycanın xalq artisti, teatr və kino aktyoru, "Qızıl dərviş" mükafatı laureatı Ağaxan Əli oğlu Salmanlı 1941-ci ilin bu günü Suraxanıda anadan olub.

6) Azərbaycanın tanınmış televiziya diktoru, əməkdar jurnalist Nəsimi Yaşar oğlu Nəbizadə 1974-cü ildə Bakı şəhərində anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın