12:00 26 Aprel 2020 305
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 26.04.2020

MİR CƏLAL PAŞAYEV

(1908-1978)

1. Azərbaycanın əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən, uşaqlığını burada keçirib. 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib. Təhsilini Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində və Azərbaycan Elmlər Akademiyasının aspiranturasında davam etdirib. 1928-ci ildə mətbuatda ilk şeirləri çap olunub. 1930-cu ildən etibarən hekayələr yazıb. İlk irihəcmli əsəri - "Dirilən adam" romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. İlk dəfə 1937-39-cu illərdə hissə-hissə "Revolyusiya və kultura" jurnalında nəşr olunan "Bir gəncin manifesti" əsəri isə yazıçının həyatında böyük bir dönüş yaradıb. Mir Cəlal Paşayev 28 sentyabr 1978-ci ildə vəfat edib.

GÜLBƏNİZ ƏZİMZADƏ

(1947-2006)

2. Azərbaycanın ilk qadın kinorejissorlarından biri, əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadə 1947-ci il aprelin 26-da Bakıda anadan olub. 1963-1968-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isə MoskvadaÜmumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb."Azərbaycanfilm" kinostudiyasında çəkilən bir sıra filmlərin quruluşçu rejissoru olub. "Nəğmə dərsi","Təkcə adanı özünlə apara bilməzsən"qısametrajlı bədii filmləri isə ona böyük uğur qazandırıb və fəxri mükafatlara layiq görülüb. Gülbəniz Əzimzadə 2006-cı il dekabrın 7-də vəfat edib.

EYYUB YAQUBOV

(1965)

3. Azərbaycanın xalq artisti, müğənni Eyyub Zəkəriyyə oğlu Yaqubov 1965-ci il aprelin bu günüBakınınBayılqəsəbəsində dünyaya göz açıb. İlk təhsilini 49 saylı orta məktəbdə alıb. 1980-ci ildə Asəf Zeynallıadına Musiqi Texnikumunun fortepiano sinfinə daxil olub. Texnikumda oxumaqla yanaşı, Əlibaba Məmmədovunrəhbərlik etdiyi "Humayun" ansamblında pianoçu kimi çalışıb. Müğənni kimi 1992-ci ildən etibarən populyarlıq qazanmağa başlayıb. Eyyub Yaqubov həmin zamandan bəri 4 audio-kaset və 3 kompakt-disk buraxıb, bəzi mahnılarına kliplər çəkdirib.

MİRƏLİ SEYİDOV

(1918-1992)

4. Azərbaycanın əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirəli Mir Ələkbər oğlu Seyidovun anım günüdür. O, 1918-ci ilmayın 5-də İrəvanşəhərində anadan olub. Bakıda Hidromeliorasiya Texnikumunda, İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində və Ermənistan Dövlət Universitetinin Şərq şöbəsindətəhsil alıb. Müxtəlif illərdə qəzetlərdə korrektor, ədəbi işçi, şöbə müdiri, məsul katibin müavini, Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi, şöbə müdiri kimi vəzifələrdə işləyib. “Azərbaycan mifik təfəkkürünün qaynaqları”, “Yaz Bayramı”, “Qızıl döyüşçünün taleyi” və başqa əsərlərin müəllifidir. Mirəli Seyidov 1992-ci ilin aprelində Bakıdavəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

NƏSRULLA NƏSRULLAYEV

(1920-1978)

5. Azərbaycanda elektrotexnikanın banisi, əməkdar mühəndis, görkəmli ictimai xadim Nəsrulla Hidayət oğlu Nəsrullayevin xatirə günüdür. O, 1920-ci il oktyabrın 20-də Bakıda anadan olub. 1944-cü ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Bakı Elektromexanika Zavodunun direktoru, Respublika Xalq Təsərrüfatı Şurasının elektromexanika idarəsinin rəisi, Bakı Şəhər Partiya Komitəsinin I katibi, Dövlət Plan Komitəsinin sədr müavini, Azərbaycanın Rabitə naziri və Yüngül Sənaye naziri kimi məsul vəzifələrdə çalışıb. Dəfələrlə SSRİ Ali Sovetinin və Azərbaycan Ali SSR Sovetinin deputatı seçilib. Nəsrulla Nəsrullayev 1978-ci ilin aprelində vəfat edib.

ÇERNOBIL FACİƏSİ

(1986)

6. Atom energetikası tarixində ən böyük qəzalardan olan Çernobıl faciəsinin ildönümüdür. 1986-cı ilin aprelin 26-da Ukraynanın Kiyev vilayətinin İvankov rayonunda, Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı reaktorunda partlayış olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanma nəticəsində 50 nəfər ölüb. Qəzadan sonra atmosferə 190 ton radioaktiv maddə yayılıb. Ekspertlərin hesablamalarına əsasən, radioaktiv tullantıların ümumi miqdarı 1945-ci ildə Xirosimaya atılan atom bombasından 500 dəfə güclü olub. Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan əhali - 115 mindən çox insan köçürülüb. Ümumilikdə 586 min nəfər radioaktiv təsirə məruz qalıb. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır. Qəzanın nəticələrinin aradan qaldırılmasında minlərlə azərbaycanlı da iştirak edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın