04:40 26 Fevral 2020 169
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 26.02.2020

1. Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

2. Azərbaycan Respublikasının 6-cı Baş Naziri Artur Tahir oğlu Rəsizadə 26 fevral 1935-ci ildə Gəncədə anadan olub.

3. Türkiyənin 12-ci prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevralın 26-da İstanbulda doğulub.

4. Azərbaycan Silahlı Qüvvələrinin zabiti Nəcməddin Akif oğlu Savalanov 1985-ci il fevralın bu günü İmişli rayonunun Göbəktala kəndində anadan olub.

5. Yetim Eyvaz adı ilə tanınan el şairi Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda dünyaya gəlib.

6. Bu gün yazıçı Eyvaz Əlləzoğlu Həsənovun anım günüdür. O, 28 yanvar 1956-cı ildə Qarayazı mahalında - Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində anadan olub.

7. Görkəmli tarixçi və şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Elmlər Akademiyası Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Oqtay Əbdülkərim oğlu Əfəndiyevin xatirə günüdür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın