13:20 25 Oktyabr 2019 43
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 25.10.2019

1) Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin bu günü Sivasın Şarkışla qəsəbəsinə bağlı Sivrialan kəndində dünyaya gəlib.

2) İlk azərbaycanlı qadın teatr rəssamı Bədurə Əfqanlı 1912-ci ildə anadan olub.

3) Tanınmış aktrisa, respublikanın xalq artisti Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Buzovnada dünyaya göz açıb.

4) Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə bu gün 80 yaşını qeyd edir.

5) Filologiya üzrə fəlsəfə doktoru Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.

6) Teatr və kino aktrisası, müğənni Sənubər İsgəndərli 1960-cı ildə Bakı şəhərində anadan olub.

7) Tarixin bu günü fransız rəssamı, mənşəcə ispan olan Pablo Pikasso 1881-ci ildə Malaqada dünyaya gəlib.

8) Məşhur aktyor, SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Mirzağa Əliyev 25 oktyabr 1954-cü ildə vəfat edib O, 1883-cü ildə Bakının Hövsan kəndində anadan olub.

9) Tarixin bu günü dünya şöhrətli müğənni, SSRİ xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev 2008-ci ilin bu günü Moskvada vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın