07:20 23 Oktyabr 2019 42
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 23.10.2019

1) Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri Seyid Əbülqasım Nəbati 1812-ci ildə Güney Azərbaycanın Üştibin qəsəbəsində anadan olub.

2) Azərbaycanın tanınmış xanəndəsi Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.

3) 23 oktyabr 1940-cı ildə tarixin ən yaxşı futbol oyunçulardan biri Pele Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub.

4) 1814-cü ildə bu gün London cərrahi və anatomisti Cozef Constantine Carpue, İngilis bir hərbçiyə Qərbin ilk müasir plastik cərrahiyyə əməliyyatını edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın