00:03 22 Mart 2020 134
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 22.03.2020

1. Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi 1854-cü il martın 22-də Ordubad şəhərində anadan olub.

2. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov 1900-cü ilin bu günü Qubadlıda anadan olub.

3. Azərbaycanın xalq yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, SSRİ Dövlət Mükafatı laureatı Mehdi Əli oğlu Hüseyn 1909-cu il martın 22-də Qazax rayonunun Şıxlı kəndində anadan olub.

4. Azərbaycanın xalq yazıçısı, publisist, pedaqoq, ssenarist İsmayıl Qəhrəman oğlu Şıxlı 22 mart 1919-cu ildə Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub.

5. Azərbaycanın xalq artisti, görkəmli komediya aktyoru Əliağa İsmayıl oğlu Ağayev 1913-cü il martın 22-də Bakıda doğulub.

6. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, xalq artisti, aktyor Lütfəli Əmir oğlu Abdullayev 1914-cü ilin bu günü Nuxa (indiki Şəki) şəhərində doğulub.

7. Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində dünyaya gəlib.

8. İlk azərbaycanlı təyyarəçi qadınlardan biri Züleyxa Mir Həbib qızı Seyidməmmədova 22 mart 1919-cu ildə Bakıda anadan olub.

9. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası, Prezident təqaüdçüsü Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub.

10. 22 mart həm də Azərbaycanın xalq artisti, müğənni Rübabə Xəlil qızı Muradovanın doğum günüdür. O, 22 mart 1933-cü ildə Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub.

11. Görkəmli yazıçı-publisist Sabir Əli oğlu Tatlıyev (Sabir Azəri) 1938-ci il martın 22-də Ağstafa rayonunun Dağkəsəmən kəndində dünyaya gəlib.

12. Azərbaycanın Milli Qəhrəmanı Əsəd Soltan oğlu Əsədov 1956-cı ilin bu günü Zəngilan rayonunun Turabad kəndində doğulub.

13. Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımov 22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olub.

14. Şəhid Bayram Məhəmməd oğlu Məmmədov 1970-ci il martın bu günü Laçın rayonunun Minkənd kəndində doğulub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın