05:20 21 Sentyabr 2019 55
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 21.09.2019

1) 2001-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi qətnaməyə əsasən, 21 sentyabr Beynəlxalq Sülh günü elan olunub.

2) Dahi Azərbaycan rəssamı, Təbriz miniatür məktəbinin banisi Nizaməddin Sultan Məhəmməd 1478-ci ilin bu günü anadan olub.

3) Azərbaycanın peşəkar teatrının banilərindən biri, aktyor və pedaqoq Cahangir Zeynalov 1865-ci ildə Bakıda anadan olub.

4) Tarixin bu günü 1842-ci ildə Osmanlı imperiyasının 34-cü sultanı və İslamın 113-cü xəlifəsi II Əbdülhəmid İstanbulda Topqapı sarayında anadan olub.

5) Bu gün ilk türk-İslam xəlifəsi, Məkkə və Mədinənin xidmətçisi ünvanını almış Osmanlı imperiyasının 9-cu Sultanı və İslamın 88-ci xəlifəsi olan I Səlim 1520-ci ildə “Aslan Pəncəsi” deyilən çiban səbəbi ilə 50 yaşında vəfat edib.

6) 2004-cü ilin bu günü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Burj Khalifa” adlandırılan göydələnin inşasına başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın