12:00 21 May 2020 199
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 21.05.2020

İLBƏR ORTAYLI

(1947)

1. Türkiyənin tanınmıştarixçisi, professorİlbər Ortaylı1947-ci il mayın 21-də Avstriyada anadan olub. Ankara Universitetinin Siyasi biliklər fakültəsini və Dil, tarix, coğrafiya fakültəsinin tarix bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, 1979-cu ildə dosent, 1989-cu ildə isə professor olub. Ankara Universitetinin Siyasi elmlər fakültəsininTarixbölməsinin müdiri, Topqapı muzeyinin rəhbəri olub. Bir çox elmi məqalə və kitabların müəllifidir. İlbər Ortaylı AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.

AŞIQ TALIB

(1877-1979)

2. Göyçə aşığı,Aşıq Ələsgərinoğlu Aşıq Talıbın anım günüdür. O,1877-ci ildə Ağkilsə kəndində anadan olub, aşıqlıq sənətini atasından öyrənib. İlin yaz-yay aylarında əkinçilik edib, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçib. XX əsr Göyçə aşıq sənətinin uğurlarında böyük rolu olub. "Könlüm Vətən arzular" kitabın müəllifidir. Aşıq Talıb 1979-cu ilin mayında Ağkilsə kəndində vəfat edib.

XIDIR MUSTAFAYEV

(1905-1976)

3. Bu gün Sovet İttifaqı Qəhrəmanı Xıdır Həsən oğlu Mustafayevin xatirə günüdür. O, 1905-ci il martın 27-də Qərbi Azərbaycanın Kirovakan rayonununGözəldərəkəndində doğulub.1937-1941-ci illərdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil alıb. İkinci Dünya müharibəsinin ilk günlərində motoatıcı batalyonun komandiri olub,bir sıra döyüşlərdə şücaət göstərib. 1945-ci ildə Bakıya qayıdıb, bir müddət İçərişəhərdə yerləşən Bakı Hərbi Komendaturasına rəhbərlik edib. Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyində şöbə rəisi, 1 nömrəli Bakı Taksomotor Parkının direktoru vəzifələrində çalışıb. Xıdır Mustafayev 1976-cı ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

KAMAL ƏLƏKBƏROV

(1928-2009)

4. Azərbaycanın xalq rəssamı, heykəltəraş Kamal Camal oğlu Ələkbərovun anım günüdür. O, 1928-ci il martın 20-də Füzulişəhərində dünyaya gəlib.1948-ci ildəAzərbaycan Rəssamlıq Məktəbini bitirib. 1948-1954-cü illərdə Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1953-cü ildənsərgilərdə iştirak edib. "Neftçi", “Əcəmi Naxçıvani”, "Qız", "Xanım" və başqa heykəltəraşlıq portretlərini yaradıb. Prezident təqaüdçüsü olan Kamal Ələkbərov 2009-cu ilin mayında vəfat edib.

RACİV QANDİ

(1944-1991)

5. Hindistanın tanınmış siyasi xadimi Raciv Ratna Qandinin anım günüdür. O, 20 avqust 1944-cü ildəİndira Qandivə Feroz Qandi ailəsində anadan olub.Babası Cəvahirləl Nehrunun evində böyüyüb. London UniversitetindəvəKembric Universitetinin Triniti Kollecində təhsil alıb. 1984-1989-cu illərdə Hindistan tarixində ən gənc baş nazir olub. Ölkədə silahlanmanın inkişafında yeni təkan verib, silahlı qüvvələri gücləndirməyə başlayıb. Qandi 1991-ci ilin mayında seçkiqabağı kampaniya zamanı “Tamil Pələngləri” terror təşkilatı tərəfindən törədilən sui-qəsd nəticəsində öldürülüb. 1998-ci ildə Raciv Qandinin qətlinin təşkilində iştirak edən 28 sui-qəsdçi ittiham olunub.

VƏFA FƏTULLAYEVA

(1945-1987)

6. Azərbaycanın əməkdar artisti, aktrisa Vəfa Nüsrət qızı Fətullayeva 1987-ci ilin mayında Bakıda vəfat edib.O, 25 avqust 1945-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb. 1970-ci ildənAzərbaycan Dövlət Dram Teatrındaçalışıb."Mahnı dağlarda qaldı","Məhəbbət əfsanəsi", "Sən yanmasan", "Heç nədən hay-küy", "Göz həkimi", "Alov", "Atayevlər ailəsi" və başqa televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamıNüsrət Fətullayev, anası xalq artisti, aktrisaHökumə Qurbanova, əmisi aktyorFateh Fətullayev, əmisi oğlu musiqişünasHafiz Fətullayevdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın