12:00 21 Mart 2020 239
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 21.03.2020

1. 21 Mart – Azərbaycanda Novruz bayramıdır. Bu gün Şərq təqvimi ilə yeni il başlanır. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.

2. Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı Kazım Ziya 1956-cı ilin bu günü dünyaya gəlib.

3. Azərbaycanın xalq artisti, aktyor İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda doğulub.

4. Akademik, tibb elmləri doktoru, professor Zülfüqar Mehdi oğlu Məmmədov 1903-cü il martın 21-də Gəncədə anadan olub.

5. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın ilk Xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Elmlər Akademiyasının akademiki, akademiyanın vitse-prezidenti Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) 1906-cı il martın bu günü Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub.

6. Azərbaycanın xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub.

7. Azərbaycanın xalq rəssamı, peyzaj, portret rəssamı Ağa Cəfər oğlu Mehdiyev 21 mart 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

8. Azərbaycanın əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Zeynalov‎ (Mikayıl Azaflı) 1924-cü il martın 21-də Tovuz rayonunun Azaflı kəndində anadan olub.

9. Jurnalist, radio və televiziya diktoru, filologiya elmləri namizədi Nizami Şamil oğlu Məmmədov 1933-cü il martın 21-də Bakıda anadan olub.

10. Azərbaycanın görkəmli dövlət xadimi Zülfü Saleh oğlu Hacıyev Zülfü Hacıyev 1935-ci ilin bu günü Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub.

11. Tanınmış ictimai-siyasi xadim, hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, II çağırış Milli Məclisin deputatı Zakir Əlixan oğlu Zeynalov 1939-cu il martın 21-də Tovuz rayonunun Mülkülü kəndində anadan olub.

12. 20 Yanvar şəhidi Oqtay Eyvaz oğlu Kərimov 1964-cü il martın 21-də Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın