12:00 19 Mart 2020 105
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 19.03.2020

1. 1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında terror aktı törədilib.

2. Azərbaycanın xalq artisti, aktyor, teatr inzibatçısı və tərcüməçi Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olub, "İttifaq" məktəbində təhsil alıb.

3. Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində doğulub.

4. Azərbaycan aktyoru və teatr rejissoru Əfrasiyab Əli oğlu Məmmədov 1928-ci il martın 19-da Gəncədə dünyaya göz açıb.

5. Kinossenarist, dramaturq, musiqiçi Rövşən Azər oğlu Ağayev 1949-cu il martın bu günü Gəncə şəhərində anadan olub.

6. Azərbaycan Milli Məclisinin 4-cü sədri, deputatı, filologiya elmləri doktoru, professor Sahibə Əli qızı Qafarova 1955-ci il martın bu günü Şəmkirdə anadan olub.

7. Bu gün görkəmli dövlət xadimi, yazıçı, həkim Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanovun anım günüdür.

8. Sovet partiya və dövlət xadimi Dadaş Xoca oğlu Bünyadzadənin xatirə günüdür. O, 1888-ci il aprelin 8-də Bakı qəzasının Fatmayı kəndində dünyaya gəlib. 9. Bu gün şair, publisist, Azərbaycan mədəniyyət nazirinin müavini Teymur Süleyman oğlu Əliyevin (Teymur Elçinin) anım günüdür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın