12:00 17 Mart 2020 97
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 17.03.2020

1. XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidadi 1709-cu il martın 17-də anadan olub.

2. Nasir, şair, tərcüməçi, maarif xadimi, əmək veteranı Mikayıl Manaf oğlu Rzaquluzadə 17 mart 1905-ci ildə Bakıda dünyaya gəlib.

3. Azərbaycanın əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Zümrüd Əliqulu qızı Quluzadə 1932-ci ilin bu günü Bakıda ziyalı ailəsində doğulub.

4. Azərbaycanın xalq artisti, muğam ifaçısı Könül Kazım qızı Xasıyeva 1968-ci il martın 17-də Şəkidə anadan olub.

5. Şəhid Etibar Qaragədə oğlu Əhmədov 1960-cı ilin bu günü Ağdam rayonunun Sarıcalı kəndində anadan olub.

6. XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist Əli bəy Hüseyn oğlu Hüseynzadənin anım günüdür.

7. Bu gün yazıçı-nasir, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi Fərman İsmayıl oğlu Kərimzadənin xatirə günüdür.

8. Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi Pirican Ağahüseyn oğlu Cəbiyev 2000-ci il martın 17-də vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın