12:00 16 Oktyabr 2019 34
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 16.10.2019

1. Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Səməd bəy Mehmandarov 1856-cı ilin bu günü dünyaya gəlib.

2. Görkəmli Azərbaycan yazıçısı, mənsur şeirin banisi, dissident Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olub.

3. Azərbaycanın əməkdar elm xadimi, akademik İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MR-in Şərur rayonunun Danzik kəndində anadan olub.

4. Bu gün eyni zamanda Azərbaycanın xalq artisti Ramiz Mustafayevin doğum günüdür.

5. İngiltərənin görkəmli şair və yazıçısı Oskar Uayld 1854-cü ilin 16 oktyabr tarixində dünyaya göz açıb.

6. Dünyada ilk dəfə narkozla əməliyyat 1846-cı ilin 16 oktyabr tarixinə təsadüf edir.

7. 1954-cü ildən etibarən 16 oktyabr Ümumdünya Ərzaq Günü kimi qeyd olunur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın