04:40 16 May 2020 409
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 16.05.2020

KÜBRA FƏRƏCOVA

(1907-1988)

1. Azərbaycanın əməkdar həkimi, pediatr və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Kübra Yəhya qızı Fərəcova1907-ci il mayın 16-da Qubada anadan olub. 1931-1979-cu illərdəKürdəmirqız məktəbinin təşkilatçısı və müəllimi, Azərbaycan SSR Xalq Səhiyyə komissarının müavini, Azərbaycan KP MK-da təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub. Daha sonra Azərbaycan SSR Səhiyyə naziri, N.K.Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru və başqa vəzifələrdə işləyib. SSRİAli Sovetinin (2-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (2-3 cü çağırış) deputatı olub. Elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunan Kübra Fərəcova 1988-ci ildə Bakıda vəfat edib.

ARİF QULİYEV

(1950)

2. Azərbaycanın xalq artisti, aktyor Arif Əli oğlu Quliyev1950-ci ilin bu günü Şirvanda anadan olub. Bakı Mədəni-Maarif TexnikumununDram və kino aktyorluğu fakültəsində, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb. Mingəçevir Dövlət Dram Teatrında, Musiqili Komediya Teatrında, Azərbaycan Televiziyasında işləyib. Bir sıra tamaşalarda rol alan Arif Quliyev "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" kimi bədii filmlərdə yaddaqalan obrazlar yaradıb. Respublika Gənclər mükafatına, "Humay", "Qızıl Dərviş" və "Zirvə" mükafatlarına layiq görülüb.

NƏCİBƏ HÜSEYNOVA

(1952)

3. Azərbaycanın əməkdar artisti Nəcibə İbrahim qızı Hüseynova 16 may1952-ci ildəBakıdaanadan olub.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Lənkəran Dövlət Dram Teatrında, Tədris Teatrında,"Azərbaycanfilm" kinostudiyasınınkinoaktyor studiyasında,ANS TV-də və AzTV-də çalışıb. “Asif, Vasif, Ağasif”, “Bəxtəvər”, “Bəyin oğurlanması”, “Özgə ömür”, “İmtahan” və başqa filmlərdə yaddaqalan obrazlar yaradan Nəcibə Hüseynova Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülüb.

ABDULLAMƏHƏMMƏDZADƏ

(1883-1912)

4. Ədəbiyyatşünas, publisist, tənqidçi, pedaqoq Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadənin anım günüdür. O, 1883-cü il iyulun 23-də Gəncədə doğulub. Xeyriyyə Mədrəsəsində və İstanbul Universitetinin ədəbiyyat-tarix fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1898-ci ildə oxuduğu məktəbə müəllim kimi başlayıb, daha sonra “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Həqiqət”, “Məktəb” və başqa qəzet və jurnallara Abdulla Sur, Abdulla Tofiq, Məhəmmədzadə, Qafqasiyalı,Abdulla Məhəmmədzadə, Bir Adam imzaları ilə məqalələr yazıb. İbrahim Şinasinin "Şairin evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirib, “Türk ədəbiyyatına bir baxış”kitabını yazıb. Abdulla Məhəmmədzadə 1912-ci ilin mayında Gəncədə vəfat edib.

ARİF NƏRİMANBƏYOV

(1918-1992)

5. Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator, rejissor, ssenarist Arif Əmirbəy oğlu Nərimanbəyovun xatirə günüdür. O, 1918-ci aprelin 13-də Bakıda anadan olub. 1944-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Müharibədən sonra Bakı Kinostudiyasında işləməyə başlayıb. Rejissor kimi “Mozalan” kinojurnalını çəkib. 1948-ci ildə Yefim Dziqanın lentə aldığı “Fətəli xan” bədii filmində Əlisəttar Atakişiyev kimi korifeylə birgə çalışaraq filmin ikinci operatoru olub. 1955-ci ildə lentə aldığı ilk film uzun illər tərəf müqabili olan rejissor Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” filmi olub. Sonralar “Qızmar günəş altında” və “Məhəbbət haqqında əfsanələr” kimi gözəl ekran əsərləri yaradıb. Arif Nərimanbəyov 1992-ci ilin mayında vəfat edib.

OQTAY ELDƏGƏZ

(1934-2002)

6. Müəllim, yazıçı və dissident Oqtay Kərim oğlu Rəfilinin (Oqtay Eldəgəz) anım günüdür. O, 1934-cü il martın 11-dəBakınınƏmircan(Xilə) kəndində dünyaya gəlib.1964-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, texnikumlarda və orta məktəblərdə dil-ədəbiyyat fənlərini tədris edib.Bütün həyatı boyu Eldəgəzlər (Atabəylər) dövləti haqqında tədqiqatlar aparıb, ona görə “Eldəgəz” təxəllüsünü götürüb. 1958-ci ilin may ayındaSumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. 1962-ci ildə Milli Azadlıq Qərargahını yaradıb və 25 il sədri olub. Bir sıra hekayə, povest, məqalə, novella və oçerkləri qəzet və jurnallarda dərc edilib.Oqtay Eldəgəz 2002-ci ilin mayında doğma kəndində vəfat edib.

QAYTARAN ABBASOV

(1964-1993)

7. Şəhid Qaytaran İbrahim oğlu Abbasovun xatirə günüdür. O, 1964-cü il yanvarın 12-də Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1981-ci ildə orta təhsilini başa vurduqdan sonra rayon 144 saylı texniki peşə məktəbində təhsil alıb. Sovet ordusu sıralarından serjant rütbəsində tərxis olunub. Mingəçevirdəki Qafqaz Enerjiquraşdırma Trestində çilingər işləyib. 1991-ci ilin avqustunda səfərbərliyə alınaraq Ağdam cəbhəsinə göndərilib. 1991-ci ildən Ağdam, Tərtər, Qubadlı və Zəngilan bölgələrində könüllü olaraq döyüşlərdə iştirak edib, 1992-ci ilin may-avqust aylarında Laçın və Qubadlı rayonlarının Güləbird, Şəfiyan və Başarat kəndlərində göstərdiyi şücaətlərə görə leytenant rütbəsinə layiq görülüb. Qaytaran Abbasov 1993-cü ilin mayında qəhrəmancasına şəhid olub və Qıraq Müşlan kənd qəbiristanlığında dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın