12:00 16 Mart 2020 133
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 16.03.2020

1. İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərrəm oğlu Məmmədov 1919-cu il martın 16-da Gəncədə dünyaya gəlib.

2. Azərbaycanın Milli Qəhrəmanı Nurəddin İslam oğlu İbrahimov 16 mart 1951-ci ildə Bakı şəhərinin Buzovna qəsəbəsində doğulub.

3. Azərbaycanın əməkdar incəsənət xadimi, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Əziz oğlu Mustafazadə 1940-cı ilin bu günü Bakıda anadan olub.

4. Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəssam, Dövlət Mükafatı laureatı Maral Yusif qızı Rəhmanzadə 16 mart 2008-ci ildə vəfat edib.

5. Tanınmış jurnalist, Qarabağ döyüşlərinin iştirakçısı, “Ayna-Zerkalo” qəzetinin siyasi şərhçisi İbrahim Bayandurlu 2010-cu ilin bu günü vəfat edib.

6. Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Qəhrəman oğlu Mansurov 16 mart 1995-ci ildə dövlətçiliyə qarşı qiyam qaldırmış silahlı dəstəni zərərsizləşdirərkən həlak olub.

7. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elvin Çingiz oğlu Həsənov 16 mart 2014-cü ildə erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində şəhid olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın