12:00 14 Mart 2020 210
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 14.03.2020

1. Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniya da anadan olub.

2. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Cümhuriyyət Parlamentinin sədr müavini Məmməd Yusif Hacıbaba oğlu Cəfərov 1885-ci il martın 14-də Bakı şəhərində anadan olub.

3. Tarix elmləri doktoru, professor, akademik İqrar Həbib oğlu Əliyev 1924-cü il martın bu günü Bakıda doğulub.

4. Əməkdar elm xadimi, dilçi alim, filologiya elmləri doktoru, pedaqoq Samət Qürbət oğlu Əlizadə 1938-ci il martın 14-də Xızıda anadan olub.

5. Yazıçı Nahid Rəhim oğlu Hacızadə 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub.

6. Azərbaycanın əməkdar artisti, aktyor, rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov 14 mart 1975-ci ildə Bakıda vəfat edib.

7. Alman filosofu, siyasətçisi, sosioloqu, iqtisadçısı və yazıçısı, marksizm nəzəriyyəsinin banisi Karl Henrix Marks 14 mart 1883-cü ildə Londonda plevrit xəstəliyindən dünyasını dəyişib.

8. Müasir dövrün ən məşhur fiziklərindən biri olan Stiven Hokinq 14 mart 2018-ci ildə 76 yaşında İngiltərənin Kembric şəhərində vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın