08:00 11 Fevral 2020 288
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 11.02.2020

1. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, akademik Tofiq Qasım oğlu Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olub.

2. Əməkdar elm xadimi, ədəbiyyatşünas, tənqidçi Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci il fevralın 11-də Bakı şəhərində doğulub.

3. Azərbaycanın xalq artisti, aktrisa Rəmziyyə Osman qızı Veysəlova 1914-cü il fevralın bu günü Gürcüstanda anadan olub.

4. Görkəmli dramaturq Cəfər Cabbarlının qızı, filoloq Gülarə Cabbarlı 11 fevral 1930-cu ildə Bakıda dünyaya gəlib.

5. Şair, dramaturq, tərcüməçi Vəliyev Əliağa Həsənağa oğlunun xatirə günüdür. O, 1928-ci il fevralın 20-də Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub.

6. Bu gün Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İmaməddin qızı İbrahimovanın anım günüdür.

7. Azərbaycan xalq artisti, aktyor Möhsün Sənani də bu gün xatırlanır. Möhsün Sadıq oğlu Cəfərov 1900-cü il iyunun 19-da Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın