18:40 09 Oktyabr 2019 59
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 09.10.2019

1) 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2) 9 oktyabr 1992-ci ildə Müstəqil Azərbaycanda ilk hərbi parad baş tutub.

3) Azərbaycanın Milli Qəhrəmanı Yunis Əliyev 1958-ci ilin bu günü Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub.

4) Böyük Azərbaycan alimi, tibb elmləri doktoru, professor Umnisə Musabəyova 1902-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunda hüquqşünas ailəsində anadan olub.

5) Tarixin bu günü tanınmış Azərbaycan sərkərdəsi, qvardiya polkovniki, Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynov 1910-cu ildə Ərdəbildə anadan olub.

6) Argentinalı marksist-inqilabçı və siyasətçi, Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuş Ernesto Çe Gevara tarixin bu günü 1967-ci ildə Boliviyada edam edilib.

7) 1957-ci il oktyabrın 9-u Ümumdünya Poçt Günü kimi qeyd edilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın