16:40 06 Noyabr 2019 21
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 06.11.2019

1) Osmanlı imperiyasının 10-cu padşahı və 89-cu İslam xəlifəsi, Qərb dünyasında Möhtəşəm Süleyman, Şərqdə isə ədalətli idarəçiliyinə görə Qanuni olaraq da tanınan Sultan Süleyman 6 noyabr 1494-cü ildə Trabzonda dünyaya gəlib.

2) Şair, nasir, tərcüməçi, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı Tofiq Mahmud 1931-ci il noyabrın 6-da Naxçıvan MR-in Şahbuz rayonunda anadan olub.

3) Azərbaycan teatr və kino aktrisası, xalq artisti, Dövlət Mükafatı laureatı Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ilin bu günü Quba rayonunun Rustov kəndində anadan olub.

4) Tanınmış şair, dramaturq, əməkdar incəsənət xadimi İslam Səfərli 1974-cü il 6 noyabrda vəfat edib.

5) Azərbaycanın tanınmış xanəndələrindən biri Şahmalı Mirsəqulu oğlu Hacıyev 6 noyabr 1992-ci ildə Ağdamdakı evinin həyətinə mərmi düşməsi nəticəsində şəhid olub.

6) Rus bəstəkarı, müəllim, dirijor və musiqişünas Pyotr Çaykovski tarixin bu günü 1893- cü ildə vəfat edib.

7) Bu gün Azərbaycan televiziya və radio işçiləri peşə bayramlarını - radio gününü qeyd edirlər.

8) Yaxın Şərqdə ilk, SSRİ-də isə 5-ci olan Bakı Metropoliteni ilk dəfə 1967-ci il noyabrın 6-da fəaliyyətə başlayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın