00:40 05 Oktyabr 2019 20
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 05.10.2019

1) Azərbaycanın Milli Qəhrəmanı Namiq Müslüm oğlu Allahverdiyev 1967-ci ildə Beyləqan rayonunda anadan olub.

2) Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndələrindən Məsud Əlioğlu 1928-ci ilin bu günü xalq yazıçısı Əli Vəliyevin ailəsində dünyaya gəlib.

3) Görkəmli bəstəkar, Dövlət mükafatları laureatı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti, professor Xəyyam Hadi oğlu Mirzəzadə 1935-ci ildə Bakı şəhərində anadan olub.

4) Tarixin bu gün ilk türk qadın jurnalisti, ilk hekayə yazıçısı, ”Feraçeli” ləqəbi ilə tanınan Səlma Rza 1931-ci ildə vəfat edib.

5) 5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın