12:00 04 Mart 2020 144
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 04.03.2020

1. Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədov 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlib.

2. Azərbaycan ən titullu karateçisi Rafael Mahir oğlu Ağayev 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

3. Bu gün azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin anım günüdür.

4. Azərbaycan şairi, publisist Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov (Əliqulu Qəmküsar) 1919-cu il martın 4-də dünyasını dəyişib.

5. Bu gün aktyor və rejissor, peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin xatirə günüdür.

6. Azərbaycanın əməkdar artisti, aktyor və müğənni Elçin Qəzənfər oğlu Həmidovun anım günüdür.

7. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Əlabbas Qara oğlu İsgəndərovun xatirə günüdür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın