12:00 03 May 2020 394
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 03.05.2020

ÜMUMDÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜ

(1993)

1. Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Azad sözün şərəfinə elan olunmuş Ümumdünya Mətbuat Azadlığı Günü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxıb. XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyib və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini BMT-yə göndərib. 1993-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.

ƏSGƏR AĞA GORANİ

(1857-1910)

2. Yazıçı, tərcüməçi, aktyor, teatrşünas və jurnalist Əsgər ağa Haqverdi bəy oğlu Gorani 3 may 1857-ci ildə Gəncə qəzasının Goran-Boyəhmədli kəndində anadan olub. Bakı şəhər gimnaziyasını qızıl medalla bitirərək, Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına daxil olub. Akademiyanı bitirdikdən sonra vətənə dönüb. Quberniya katibi, kollec asessoru, qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, Gəncə bələdiyyə idarəsinin rəisi, Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hesabına qız məktəbi açıb. "Əkinçi"nin ən fəal müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Əsgər ağa Gorani maraqlı dram əsərlərinin də müəllifi olub, "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməyib. O, 1873-cü il martın 10-da milli teatrımızın banilərindən biri olub. Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" əsərində Teymur ağa, bir ay sonra isə "Hacı Qara" əsərində Hacı Qara obrazlarını yaradıb. Əsgər Ağa Gorani 1910-cu il martın 9-da Gəncədə vəfat edib.

İSLAM BƏY QƏBULZADƏ

(1879-1920)

3. Azərbaycanın ən qabaqcıl maarif işçilərindən və ictimai-siyasi xadimlərindən biri İslam bəy Qəbulzadə3 may1879-daZaqatala Dairəsinin Qax kəndində doğulub.İstanbulda Rüşdiyyə məktəbində oxuyub. Qax normal məktəbində türk dili müəllimi, Bakıda rus-türk məktəbində müəllim vəzifələrində işləyib. Müxtəlif illərdə "Səfa" cəmiyyətinin katibi, Zaqatala Dairəsinin komissarı, Cümhuriyyət Parlamentində Zaqatala Dairəsindən deputat, Müsavat Partiyası 2-ci qurultayının katibi seçilib. "Qəvaidi-lisani-türki", "Rəhbəri-hesab" dərsliklərinin müəllifidir. "Molla Nəsrəddin" jurnalı ilə də əməkdaşlıq edən İslam bəy Qəbulzadə 1920-ci il aprel işğalından sonra Müsavat Partiyasının fəal üzvü kimi güllələnib.

KAMAL XUDAVERDİYEV

(1938-2008)

4. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Kamal Ağahüseyn oğlu Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. 1965-ci ildə Azərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Akademik Milli Dram Teatrında çalışmağa başlayıb. Azərbaycan Dövlət Televiziyasında da fəaliyyət göstərib.«Orlean qızı», «Xurşidbanu Natəvan», «Kölgələrin oyunu», «Yollara iz düşür», «Atayevlər ailəsində», «Bayramın son günü» və başqa tamaşalarda çıxış edib. Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir», «Ən vacib müsahibə», «Dağlarda döyüş», «Nəsimi», «Üzü küləyə», «Adanı özünlə apara bilməzsən», «Dədə Qorqud» filmlərində fərqli obrazlara çəkilib. Kamal Xudaverdiyev 2008-ci ilin aprelin 23-də vəfat edib.

CƏMİL ƏMİROV

(1957)

5. Azərbaycanın xalq artisti, bəstəkar, cazmen Cəmil Əmirov 3 may 1957-ci ildə görkəmli bəstəkarıFikrət Əmirovunailəsində anadan olub. 1965-1975-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfində, 1975-1980-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsindəCövdət Hacıyevın sinfində təhsil alıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında “Qobustan” estrada-folklor ansamblının rəhbəri, “Muğam” teatrının musiqi rəhbəri, Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti, “Qaya” Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri, Bakı şəhər Mədəniyyət İdarəsi Caz Klubunun rəhbəri, “SAVAB” ansamblının musiqi rəhbəri kimi fəaliyyət göstərib. 2009-cu ildən Bakı Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının böyük elmi işçisidir. Bir sıra sənədli və animasiya filmlərinə, tamaşalar, müxtəlif ansambllar üçün instrumental musiqinin və mahnıların, Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Fikrət Əmirov. Ömrün səhifələri” və əsərlərindən ibarət antologiyanın müəllifidir.

RƏŞAD MİRABOV

(1975-1995)

6. Azərbaycanın Milli Qəhrəmanı Rəşad Akif oğlu Mirabov 1975-ci il mayın bu günü Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə Dövlət Dram Teatrında dərzi işləyib. 1993-cü ildə isə həqiqi hərbi xidmətə çağırılıb.Bir müddət Tərtər cəbhəsində xidmət edib, sonra Füzuli cəbhəsinə göndərilib.1995-ci ilin 13-17 mart hadisələrizamanı həlak olub və Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn olunub. Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər Muzeyində büstü qoyulub.

BABƏK ABİDOV

(1992-2016)

7. Şəhid Babək Vəfadar oğlu Abidov 1992-ci ilmayın 3-dəŞabran rayonununZeyvə kəndindədünyaya göz açıb. Aprel döyüşləri zamanı Talış kəndi istiqamətində xidmət edib. 2016-cı il aprelin 2-də baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Kiçik gizir Babək Abidovölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalıilə təltif edilib.

ZAKİR CƏFƏROV

(1996-2017)

8. Şəhid Zakir Nazim oğlu Cəfərov 1996-cı il mayın 3-dəBakı şəhərindəanadan olub. 2011-2015-ci illərdəAzərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecindətəhsil alıb. Zakir Cəfərov 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edilib.

AĞAŞİRİNCƏFƏROV

(1906-1984)

9. Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Ağaməmməd oğlu Cəfərovun anım günüdür. O, 25 fevral1906-cı ildə indikiNeftçalarayonununBallıcalıkəndində anadan olub. 1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət edib. 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-cı Azərbaycan milli diviziyasında pulemyotçu kimi döyüşə başlayıb. 1943-cü ildə Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəşlə düşmənin atəş nöqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv edib. Taqanroq şəhəri uğrunda gedən vuruşlarda göstərdiyi xüsusi igidliyə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Müharibədən sonra öz kəndində kolxoz və kənd soveti sədri olub, sonra isə Bakıda neft-qazma idarəsində işləyib. Ağaşirin Cəfərov 3 may1984-cü ildə vəfat edib və Neftçala şəhərində dəfn olunub. Neftçala şəhər parkında büstü və şəhərdə adına küçə vardır.

MUSA ƏLİYEV

(1908-1985)

10. Geologiya-mineralogiya elmləri doktoru, professor, paleontoloq, akademik Musa Mirzə oğlu Əliyevin anım günüdür. O, 11 aprel1908-ci ildəŞamaxıda dünyaya gəlib. 1931-ci il­də indiki Azər­bay­can Dövlət Neft və Sənaye Universitetinin Dağ-mə­dən fa­kül­təsini bitirib. Müxtəlif illərdə Za­qafqaziya Geoloji Tresti filia­lının rəisi, Azər­baycan Geoloji İdarəsinin rəisi, Azər­baycan Sənaye İnstitu­tun­da neft fakültəsinin dekanı və rektoru kimi vəzifələrdə çalışıb. Azərbaycan SSR KP MK-nın sənaye üzrə katibi, Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, SSRİ Ali Sovetinin II, III və IV çağırışlarının deputatı olub. Onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizində “Neft Daşları” açılıb. 1950-1958-ci illərdə Azərbaycan EA-nın prezidenti olub. 1958-ci ildəMoskvada yeni təşkil olunmuş Yanar Qazıntı Yataq­larının Geologiyası və İşlənil­­məsi İnstitutuna elmi işlər üzrə direktor müa­vini və­zi­fəsinə dəvət olunub və ömrünün sonuna kimi bu institutda çalış­ıb.“Le­nin”, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, bir neçə me­dal və fəx­ri fərmanlarla, “SSRİ neftqazçı­xar­ma sənayesinin əlaçısı” döş nişanı və “Fəxri neftçi” adı ilə təltif olunub. Elmi fəaliyyətinə görə adı SSRİ Neft Sənayesinin “Fəxri Kitabı”na daxil edilən Musa Əliyev 1985-ci ilin mayında Moskvada vəfat edib və Bakıda Fəxri Xiyabanda dəfn olunub.

AQŞİN ƏLİZADƏ

(1937-2014)

11. Bu gün Azərbaycanın xalq artisti, bəstəkar, professor Aqşin Əliqulu oğlu Əlizadənin xatirə günüdür. O, 22 may1937-ci ildəBakıdaanadan olub. 955-ci ildə Bakı şəhər Bülbül adına xüsusi musiqi məktəbini bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayıb və 1972-ci ilədək burada bəstəkarlıq kafedrasında işləyib. 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985-1990-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifələrini tutub. 1991-1994-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi olub. Aqşin Əlizadə 2014-cü ilin mayında vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın