13:20 01 Noyabr 2019 31
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 01.11.2019

1. Tanınmış qəzəlxan-şair, Əliağa Vahidin davamçılarından biri olan Əliağa Bakir 1923-cü ildə dünyaya gəlib.

2. Azərbaycan geoloqu, akademik Əliəşrəf Məmmədov 1931-ci ildə doğulub. Geotektonika və paleocoğrafiya sahəsində böyük elmi nailiyyətlərinə görə Dövlət Mükafatına layiq görülüb.

3. Bu gün həm də aktyor Telman Əliyevin doğum günüdür. O, 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub.

4. 1 Noyabr Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun doğum günüdür. Mayor Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində anadan olub.

5. Bu gün eyni zamanda dünya gözəl Ayşvariya Rayın doğum günüdür. O, 1973-cü ildə Hindistanın Manqalur şəhərində ticarət donanması zabiti və yazıçı ailəsində anadan olub.

6. Bu gün həm də məşhur xanəndə və pedaqoq, xalq artisti Seyid Şuşinskinin anım günüdür.

7. Azərbaycanın əməkdar elm xadimi, Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Toponimika Komissiyasının sədri, akademik Budaq Budaqovun anım günüdür.

8. 1906-cı ildə görkəmli ədib və maarifçi Əlibəy Hüseynzadənin redaktorluğu ilə “Füyuzat” jurnalının ilk sayı noyabrın bu günü çapdan çıxıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın