01:20 01 Oktyabr 2019 21
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 01.10.2019

1) Bu gün Azərbaycanın görkəmli şairi Vaqif Bayatlı Odərin 71 yaşı tamam olur. Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

2) Azərbaycanın xalq artisti, xanəndə, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub.

3) Rusiyanın məşhur tarixçi alimi, etnoqraf Lev Nikolayeviç Qumilyov 1912-ci il oktyabrın 1-də Rusiyanın Tsarskoye Selo əyalətində şairə Anna Axmatova və yazıçı Nikolay Qumilyovun ailəsində doğulub. İlk dəfə 23 yaşında - 1935-ci, daha sonra 1938-ci ildə həbs edilib.

4) Füzuli ənənələrinin ən layiqli davamçılarından olan şair, əməkdar incəsənət xadimi Əlağa Vahid 1965-ci ilin bu günü vəfat edib.

5) Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan 1897-ci ildə vəfat edib.

6) 1985-ci ilin bu günü müğənni Anatollu Qəniyev vəfat edib. O, 1931-ci ildə Neftçalada ziyalı ailəsində anadan olub.

7) Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın