11:20 12 Sentyabr 2019 53

YAP-çı deputat Elman Nəsirov və ReAL-çı Natiq Cəfərli "APAralel"də

Son zamanlar Azərbaycanda sosial şəbəkələrdə iqtidar-müxalifət münasibətləri yenidən gündəmə gəlib. Məlumdur ki, bu münasibətlərin arası xeyli müddət idi kəsilmişdi. Amma bu həftə keçirilən əhəmiyyətli tədbir bir masada oturmağın mümkünlüyünü bir daha isbat elədi.

Maraqlıdır ki, uzun müddət sosial şəbəkələrdən bir az uzaq duran məmurlar, dövlət qurumlarının rəsmiləri, ayrı-ayrı siyasətçilər də sosial şəbəkədə aktivləşib.

Cəmiyyətin son meylləri, dövlət adamların sosial şəbəkələrə münasibəti və iqtidar-müxalifət yaxınlaşmasını nə ilə əlaqələndirmək olar?

APA TV-nin " APAralel" verilişinin qonaqları YAP-çı deputat Elman Nəsirov və REAL Partiyasının icra katibi Natiq Cəfərli iqtidar-müxalifət dialoqu və məmurların sosial şəbəkəyə gəlişi ilə bağlı müzakirələr aparıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın