Azərbaycan prezidenti Suraxanı Günəş Elektrik Stansiyasının açılışına qatılıb
18:22 – 16 İyul, 2014

Prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Dövlət Agentliyinin sədri Akim Bədəlov burada görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib. Qeyd edilib ki, stansiyada təlim məntəqəsi fəaliyyət göstərir. Məntəqədə bu ixtisas üzrə təhsil alan tələbələr, həmçinin bu sahənin mütəxəssisləri üçün müxtəlif təlim kurslarının keçirilməsi nəzərdə tutulur. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. İnşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır.

 

Stansiyanın göstəricilərinə gəlincə, bildirilib  ki, yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.

 

Prezident İlham Əliyev 2020-ci ilədək Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinə baxıb. Ölkə başçısına

yolların və yaşayış binalarının işıqlandırılması ilə bağlı avtomatik idarəetmə sistemi barədə də məlumat verilib. Bu sistemi reallaşdırmaqda məqsəd günün saatından asılı olaraq yolların və yaşayış binalarının müxtəlif rejimlərdə işıqlandırılmasıdır.


Görülən işlərlə tanış olan dövlət başçısı müvafiq tapşırıq və göstərişlərini verib

X

XƏBƏRLƏR
BÖYÜT